- Baxış sayı: 31
- 25 Aprel 2024 19:00
- Baxış sayı: 48
- Aprel 23, 2024
- 0
Niderlandın Eyndhoven şəhərində “Dutch open”ə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, “G1” kateqoriyalı yarışın son günündə taekvondoçularımız daha 5 dəfə fərqləniblər.
Ustalarda Qaşım Məhəmmədov (54 kq), Məhəmməd Məmmədov (63 kq) və Radik İsaev (+87 kq) bütün rəqiblərini üstələyiblər. Qadınlarda Dərya Şkurko (62 kq) yalnız finalda yenilib. Gənclərdə 45 kq-da Xanoğlan Kərimov fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.
Xatırladaq ki, ötən gün Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayxan Tağızadə (68 kq) bürünc, gənclərdən Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) bürünc medala sahib olmuşdur.