Taekvondoçuların ölkə çempionatı nə vaxt başlayacaq?

27-28 dekabrda taekvondoçuların ölkə çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 2001-ci il və ondan böyük yaş qruplarının idmançıları mübarizə aparacaq. Rəqabətə ATF-nın hakimlər komitəsi rəhbərlik edəcək.

“DAEDO” international taekvondo sistemi ilə keçiriləcək çempionatda şəxsi birincilik üzrə fəxri yerlər tutan idmançılara gənclər və idman nazirliyinin təsis etdiyi müvafiq dərəcəli diplom və medallar təltif ediləcək. Döyüşlərə boks federasiyasının idman zalında saat 10:00-da start veriləcək.

Həmin kateqoriyadan