Taekvondoçumuz Türkiyədə hamıdan güclü oldu

Məlum pandemiya ilə əlaqədar uzun müddət yarışlara fasilə verilsə də, artıq bu istiqamətdə hərəkətlilik var. Allsport.az saytı xəbər verir ki, İstanbulda ənənəvi “Turkish Open” start verilib.

G1 kateqoriyalı turnirdə ölkəmizi kişilərdə baş məqçisi Rza Mehmandost və qadınlarda baş məşqçi Elnur Amanovun rəhbərliyi ilə Bəhruz Quliyev (54 kq), Pərviz İsgəndərov (58 kq), Qasım Aslanov, Xanoğlan Kərimov (hər ikisi – 63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (68 kq), Ayxan Tağızadə (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov, Milad Hərçəqani (87 kq), Radik İsaev (+87 kq), Patimat Abakarova (53 kq) təmsil edirlər.

Hakimlər briqadasında Gündüz Abdullayev, Ramal Camalov və Aygül Abdullayeva yer alıb. Nəticəyə gəldikdə, olimpiya mükafatçısı, 2-qat dünya və Avropa çempionu Milad Hərçəqani bütün rəqiblərinə qalib gəlib.

Həmin kateqoriyadan