Tarixdə ilk dəfə “Milan” və “İnter” bir mövsümdə 5 dəfə oynayacaq

Allsport.az xəbər verir ki, çempionlar liqasının 1/4 finalında “Milan” “Napoli”ni, “İnter” isə “Benfika”nı məğlub edib.

Turnirin yarımfinalında bizi Milan derbisi gözləyir. İlk turun matçları mayın 9-10-da keçiriləcək. İkinci oyunları isə 16-17 may tarixlərində baş tutacaq.

Beləliklə, “Milan” komandaları tarixində ilk dəfə 1 mövsüm ərzində 5 dəfə bir-biri ilə oynayacaqlar.

Sentyabrın 3-də “Milan” A seriyasının ilk tur matçında “İnter”i 3:2 hesabı ilə məğlub edib. İtaliya super kuboku uğrunda matçda (18 yanvar) “İnter” daha güclü oldu (3:0). “Serie A”nın 2-ci turunun oyununda isə (5 fevral) “İnter” “Milan”ı 1:0 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan