- Baxış sayı: 38
- 08 Sentyabr 2026 19:42
- Baxış sayı: 111
- Sentyabr 08, 2026
- 0

ABŞ-nin üzgüçülük millisi Sakit okean çempionatında qarışıq kombinasiyalı estafet yarışında (4×100 metr) yeni dünya rekordu müəyyənləşdirib.
Allsport.az xəbər verir ki, amerikalı idmançılar Kaliforniyanın İrvayn şəhərində keçirilən turnirdə 3 dəqiqə 36,70 saniyə nəticə göstəriblər.
Əvvəlki rekord da (3 dəqiqə 37,43 saniyə) ABŞ komandasına məxsus olub və 2024-cü ildə Parisdə keçirilən yay olimpiya oyunlarında qeydə alınıb.