Tarixin ən bahalı müdafiəçisi ola bilər

“Leyptsiq”in futbolçusu Yosko Qvardiol Avropa komandalarının maraq dairəsindədir.

Allsport.az xəbər verir ki, o, Xorvatiya millisinin heyətində DÇ-2022-dəki çıxışı ilə diqqəti öz üzərinə çəkib. Ona görə də Avropa komandaları müdafiəçini transfer etmək üçün yarışırlar. “Real”, “Mançester Yunayted”, “Liverpul” və “Çelsi” Qvardiol üçün fantastik məbləğdə pul təklif edir. Onlar oyunçuya görə ən az 100 milyon avro ödəməyə belə razıdırlar. Bu transfer alınarsa, Qvardiol “Mançester Yunayted”in kapitanı Harri Maqvayeri qabaqlayaraq tarixin ən bahalı müdafiəçisi olacaq.

Harri 87 milyon avro qarşılığında “Lester Siti”dən “Mançester Yunayted”ə keçmişdi.

Həmin kateqoriyadan