Ten Haqdan oyunçularına cəza

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Liverpul”a 0:7 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularını sükutla oturmağa və “Liverpul” futbolçularının sevincinə qulaq asmağa məcbur edib. 

Allsport.az “Mirror”a istinadən xəbər verir ki, futbolçular “Liverpul”un qələbəsini qeyd etdiyi “Enfild”dəki soyunub-geyinmə otağından şənliyə, eləcə də tribunaların səs-küyünə qulaq asmağa məcbur olublar. Ten Hag oyunçulara bunun növbəti dəfə sona qədər mübarizə aparmaq üçün lazım olduğunu söyləyib. Məşqçi futbolçulara “belə acınacaqlı mənzərəni görmək üçün pul ödəyən qəzəbli azarkeşlərlə birlikdə deyil, komanda avtobusunda evə qayıtdıqları üçün şanslı olduqlarını” deyib.

Həmin kateqoriyadan