- Baxış sayı: 31
- 05 May 2026 21:09
- Baxış sayı: 128
- May 04, 2026
- 0

Qazaxıstan kubokunda 1/4 finala yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Emil Balayevin şərəfini qoruduğu “Tobol” səfərdə “Kayrat”a 5:1 qalib gəlib.
Millimizin üzvü start heyətdə meydana çıxsa da, 41-ci dəqiqədə,
hesab 2:0 olarkən əvəzlənməli olub. Buna səbəb, onun zədələnməsidir.
“Tobol”la yanaşı “Kaysar”, “Ordabası” və “Atırau” da yarımfinala çıxıb. Emilin komandasının növbəti rəqibi bu gün keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək.