- Baxış sayı: 34
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 400
- Avqust 20, 2026
- 0


İngiltərə millisinin və “Lids Yunayted” klubunun keçmiş futbolçusu Norman Hanter koronavirusdan vəfat edib. Allsport.az xəbər verir ki, 76 yaşlı veteran müdafiəçi müalicə olunduğu xəstəxanada gözlərini əbədi yumub.
O, 1962-1976-cı illərdə “Lids”də çıxış edib və 2 dəfə İngiltərə çempionu olub. Hanter DÇ-1966-nin qalibi olan İngiltərə millisinin heyətində yer alıb. Finalı SSRİ hakimlər briqadası idarə edib.
Yan referi həmyerlimiz Tofiq Bəhramov olub.