- Baxış sayı: 40
- 17 Avqust 2026 23:45
- Baxış sayı: 50
- Avqust 17, 2026
- 0

“Arsenal” heyətini yeni qapıçı ilə gücləndirib.
Allsport.az xəbər verir ki, London klubu İllan Melyeni transfer edib.
26 yaşlı qolkiper “topçular”a azad agent kimi qoşulub. Fransalı futbolçu yeni komandasında 30 nömrəli formanı geyinəcək.
Melye 2020-2026-cı illərdə “Lids Yunayted”də çıxış edib. O, “Lids”in heyətində ümumilikdə 215 matça çıxıb.