“Trabzonspor” Əlipin transferi üçün təklif göndərməyə hazırlaşır

Allsport.az xəbər verir ki, Türkiyənin “Trabzonspor” klubu “Zenit”in qazaxıstanlı mərkəz müdafiəçisi Nurali Əlipi almaqda maraqlıdır. 

Tezliklə Rusiya təmsilçisi ilə danışıqların başlayacağı gözlənilir. Türkiyə klubu Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan milli komandalarının digər oyunçularına da diqqət yetirir. Türkiyə təmsilçisi heyətində rotasiya üçün mərkəz müdafiəçisi vəzifəsinə futbolçu axtarır.

23 yaşlı Alip “Zenit”ə 2023-cü ilin yanvarında “Kairat”dan keçib. Müdafiəçi ötən mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb.

Həmin kateqoriyadan