- Baxış sayı: 44
- 03 Avqust 2026 23:58
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Azərbaycan triatlon millisinin üzvləri Toğrul Məmmədli və Kseniya Voronina Rusiyada təşkil edilən “İronstar sprint Sochi sirus 2023” turnirində birinci yeri tutublar.
Allsport.az xəbər verir ki, Məmmədli 16-24 yaş qrupları arasında çempion olub, kişilər arasında mütləq kateqoriyada isə 9-cu pillədə qərarlaşıb.
Voronina da 16-24 yaş kateqoriyasında birinci yeri tutub. O, qadınlar arasında mütləq kateqoriyada bürünc medala yiyələnib.