FOTO
Tuğbadan qalmaqallı paylaşım: Dabo “Qarabağ” formasında

“Neftçi”nin hücumçusu Baqali Dabonun həyat yoldaşı Tuğba Dabo “Instagram” hesabında futbolçunun “Qarabağ” forması ilə videosunu paylaşıb. Allsport.az xəbər verir ki, türkiyəli xanım 31 yaşlı hücumçu barədə “Bu forma ilə həqiqətən də yaxşı görünür” sözlərini yazıb.

Onun bu paylaşımını “ağ-qaralar”ın azarkeşləri xoş qarşılamayıb.

Fransalı futbolçunun iyunun 30-da “Neftçi” ilə müqaviləsi bitəcək. Onun Kiprin “Apollon” klubuna keçəcəyi gözlənilir.

Həmin kateqoriyadan