Türkiyə Avropa çempionatına ev sahibliyi etmək istəyir

Allsport.az xəbər verir ki, gənclər və idman naziri Məhməd Məhərrəm Qəssaboğlu 2028 və 2032-ci illərdə baş tutacaq futbol üzrə Avropa çempionatlarının keçirilməsi üçün Türkiyənin namizədlik sənədini imzalayıb.

Sənəd 12 aprel 2023-cü ildə TFF tərəfindən UEFA-ya təqdim olunacaq.

Faylda bir çox ətraflı məlumat da var. Xüsusilə təşkilatın Türkiyədə keçiriləcəyi stadionlar, yaşayış, nəqliyyat, şəhər infrastrukturları. UEFA 2028-ci və 2032-ci illərdə futbol üzrə Avropa çempionatlarının ev sahibi ölkələrini bu ilin oktyabrında elan edəcək.

Həmin kateqoriyadan