Türkiyə qrupda qaldı, Uels və İtaliya 1/8 finalda

Avropa çempionatında qrup mərhələsinin 3-cü turuna start verilib. Allsport.az xəbər verir ki, qrup mərhələsinin sonuncu – 3-cü turunun ilk oyun günündə “A” qrupunun qarşılaşmaları keçirilib.

Sonuncu sırada qərarlaşan Türkiyə yığması İsveçrə ilə qarşılaşıb. Bakı olimpiya stadionunda keçirilən oyunda İsveçrə millisi 3:1 hesablı qələbə qazanıb. Qrupu 3-cü bitirən İsveçrə 1/8 finala yüksəlmək üçün digər qruplardakı oyunlarının nəticələrini gözləməli olacaq.

Qrupun digər matçında lider İtaliya Uelslə qarşılaşıb və qalib gəlib – 1:0. İtaliya qrupda 1-ci, Uels isə 2-ci olub. Hər iki komanda 1/8 finala adlayıb.

Həmin kateqoriyadan