Türkiyədə zəlzələ idmana da toxundu. Rusiya klublarında əmin-amanlıqdır

Rusiya futbol klubları hazırda Türkiyədə təlim-məşq toplanışındadır. Allsport.az saytı xəbər verir ki, onlar təhlükəsizlikdədirlər və Qəhrəmanmaraşda baş verən 7,7 bal gücündə zəlzələnin çevrəsinin böyüməsi nəcitəsində qardaş ölkənin cənubi şərq bölgəsi ciddi dağıntılara məruz qalıb, minlərcə insan həlak olub.

“Chempionat”ın müxbiri Andrey Pankov öz teleqram kanalında yazıb: “Hazırda demək olar ki, bütün Rusiya klublarının yerləşdiyi Bəlekdə zəlzələ xüsusilə hiss olunmayıb. Gecələr otellər bir az silkələndi, amma başqa heç nə yoxdur. Antalyaya demək olar ki, heç nə çatmadı”.

O, “Dinamo”nun baş məşqçisi Slavişa Yokanoviçdən də şərh alıb. “Bələkdə zəlzələni gecə hiss etdik. Mehmanxanada çoxumuz bunu yaşadıq. Amma biz yaxşıyıq. Dünyada belə ola bilər. Səhər üzücü xəbər oxuduq. Ümid edirəm ki, baş verən hər şeydən sonra mümkün qədər az itki olacaq. Bir çox insanın əziyyət çəkdiyini və nəticələrini çəkməyə davam etdiyini bildiyiniz zaman bu, narahat bir vəziyyətdir. Bütün ölənlərə və yaralananlara başsağlığı veririk”.

Moskvanın digər klubu SSKA-dan da açıqlaması var: “Dostlar, Türkiyədə baş verən zəlzələlərlə bağlı son xəbərlərlə əlaqədar olaraq bildirmək istəyirik ki, komandanın hazırda təlim-məşq toplanışları arasında həftəsonunu keçirdiyi Antalya baş verənlərin episentrindən çox uzaqdadır. Futbolçuların, məşqçilərin və heyətin həyatı üçün heç bir təhlükə yoxdur. Çoxlu sayda insan faciənin qurbanı oldu. Ölənlərin və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Türkiyənin özündə bütün idman tədbirləri dayandırılıb. Bu barədə gənclər və idman naziri Məhməd Məhərrem Qəssaboğlu məlumat verib.

Həmin kateqoriyadan