Türkiyəli mütəxəssis: Robert Prosineçkini Azərbaycan millisinə mafiya gətirib

“Serb və xorvatiyalı məşqçilər bütün dünyanı ələ alıb. Türkiyənin qapılarını da onların üzünə açıblar. İqor Tüdoru “Karabükspor”dan “Qatalasaray”a gətirən menecerlər oldu”. Allsport.az saytı xəbər verir ki, bu fikir Türkiyədə bir çox  klub çalışdırmış Giray Bulaqa məxsusdur. Sportfm.az-ın məlumatına görə, “TRT-Spor”da “Stadoun” proqramına qonaq olan tanınmış mütəxəssis Robert Prosineçki haqda da danışıb və onu Azərbaycan millisinin sükanı arxasına xorvat-serb mafiyasının gətirdiyini iddia edib: “Türkiyədə bir çox klub başqanı Yuqoslaviya mafiyasının təsiri altındadır. İstədiklərini edirlər. Çünki reklam siyasətini super qurublar.
“Qalatasaray”dan bir yönətici mənə dedi ki, Tüdorun meneceri kluba zəng vurdu, “onu gətiririk, hazır olun” söylədi. Tüdor “Qarabükspor”la səfər matçlarında 4 xal topladı. Başqa neylədi ki? Slaven Biliç “Beşikdaş”da 2 il çalışdı, bir dəfə çempion olmadı. Amma Yuqoslaviya mafiyası Biliçi “Vest Hem”ə apardı, indi 2 ildən artıqdı İngiltərədə çalışır və çox uğursuz nəticələr əldə olumasına baxmayaraq, hələ də komandanın başındadı.
Şənol Günəş “Beşikdaş” çempion etdi və yenə bu adı qazanmağa çox yaxındı, görün, onu İngiltərəyə aparan varmı? Ölkəmizdə son 20-25 ildə saysız-hesabsız xorvat-serb məşqçi gəlib-getdi. Deyə bilərsiz ki, hansı biri silinməz iz buraxdı? Bunları bilə-bilə, bunları görə-görə gəlirik.
Təbii ki, mafiyanın, bu mafiyanın içində olan menecerlərin dəstəyi olmasa, xorvat və serb məşqçilər böyük klublardan dəvət almaz. Robert Prosineçki hazırda Azərbaycan millisini çalışdırır. Prosineçki “Kayserispor”da nə etdi ki, ona Azərbaycandan dəvət göndərdilər? Bu mafiya o qədər güclüdü ki, Prosineçkini yenidən Türkiyəyə qaytarmaq da istəyir”.

Həmin kateqoriyadan