Tuxel: “Naqelsmanı başa düşürəm”

Tomas Tuxel “Bavariya”dan istefaya göndərilən Yulian Naqelsman haqqında fikirlər səsləndirib.

Allsport.az xəbər verir ki, o, həmkarını dəstəkləyib:

“Mən Yulianın hazırda özünü necə hiss etdiyini başa düşürəm. Mən özüm 2 dəfə bu vəziyyətə düşmüşəm. Əvvəlki 2 klubumdan – PSJ və “Çelsi”dən qovulmağımın səbəbi mənimlə bağlı deyildi. Məşqçinin həyatı belədir.

Həm də Naqelsmanın və onun heyətinin xatirinə mövsümü uğurla başa vurmağa çalışacağıq”.

Mart ayının sonunda Naqelsman istefaya göndərilib, yerinə Tuxel təyin olunub.

Həmin kateqoriyadan