- Baxış sayı: 46
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İngiltərə premyer liqasının 31-ci turunda “Vest Bromviç”ə 2:5 hesabı ilə uduzan “Çelsi”nin ötən gün keçirilən məşqində qalmaqal baş verib. Allsport.az xəbər verir ki, məşq zamanı komandanın qapıçısı Kepa Arrisabalaqa ilə müdafiəçi Antonio Rudiqer dava ediblər.
Onlar arasında gərginliyi görən baş məşqçi Tomas Tuxel vəziyyətə müdaxilə edib və Antonio Rüdiqeri məşqdən uzaqlaşdırıb.
“Çelsi” aprelin 7-də çempionlar liqasının 1/4 finalında “Portu” ilə qarşılaşacaq.