UEFA Cavid Hüseynovla bağlı qərarını açıqladı

“Qəbələ” futbol klubu rəsmi açıqlama yayıb. Allsport.az sizi həmin açıqlama ilə tanış edir.

“UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da keçirilən “Apollon” (Kipr) – “Qəbələ” matçı (1:1) ilə bağlı qərar verib. Qitə futbol qurumu Larnaka şəhərindəki “Antonis Papadopulos” stadionunda baş tutan görüşdə yaşananları müzakirə edərək, müvafiq addımı atıb. Matçdakı bərabərlik qolunu vurarkən sevincini nümayiş etdirən Cavid Hüseynovun jestindən narazı qalan “Apollon”un şikayətini, həmçinin “Qəbələ”nin kapitanı ilə bağlı göndərdiyi müdafiə məktubunu dəyərləndirən UEFA kiprlilərin iddiaların əsassız hesab edib. Qurum baş verənlərin bütün təfərrüatlarını nəzərdən keçirdikdən sonra Hüseynovun cəzalandırılmamasına qərar verib”.

Qeyd edək ki, “Qəbələ” və “Apollon” arasında cavab oyunu avqustun 6-da Bakıda keçiriləcək.

Həmin kateqoriyadan