UEFA-dan “Qarabağ”a cavab gəldi

Bildiyiniz kimi, Avropa Liqasının qrup mərhələsinin son oyun günündə baş tutmuş “Qarabağ” – “İnter” (İtaliya) matçının 90+4-cü dəqiqəsində baş verən olayla bağlı Ağdam klubu UEFA-ya şikayət məktubu yazmışdı. Allsport.az xəbər verir ki, bu gün UEFA-dan Azərbaycan klubuna cavab məktubu gəlib.

Məktubda bildirilir: “Oyun zamanı baş verən epizodla bağlı edilən məhkəmə müraciətiniz qəbul edilib və UEFA-nın İntizam və Nəzarət komitəsinin 05.02.2015 tarixində baş tutacaq iclasında baxılıb qərar veriləcək”.

Həmin kateqoriyadan