UEFA Ermənistanı cərimələdi

UEFA Ermənistan futbol federasiyasını cərimələyib. Allsport.az saytı xəbər verir ki, səbəb düşmən komandanın oktyabrda Estoniya ilə millətlər liqasının səfər oyunu ərəfəsində Tallində kilsəni ziyarət etməsi və yerli “Ararat” klubunun gənc futbolçuları ilə görüşməsi olub.

Halbuki protokola əsasən, səfər oyununa gedən komandanın üzvləri xüsusi hallar olmasa, qaldıqları oteli tərk etməməlidirlər. UEFA mənfur qonşumuzu 10 min avro cərimələyib. Məbləğin ödənməsi üçün 90 gün verilib.

Həmin kateqoriyadan