UEFA LGBT bayrağına görə intizam işi açdı

AÇ-2020-nin “F” qrupunun 3-cü turunda keçirilən Almaniya – Macarıstan matçı (2:2) ilə bağlı intizam işi açılıb. Allsport.az xəbər verir ki, qarşılaşmadan öncə Macarıstan dövlət himninin oxunması zamanı azarkeşlərdən biri Almaniya yığmasının geyimində və LGBT-nin (Lezbiyan, Gey, Biseksual və Transseksual (Transgender)) bayrağı ilə meydana qaçıb.

Avropa futbol qurumu məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.

UEFA Münhendəki qarşılaşmadan əvvəl oyunun keçiriləcəyi “Alyans Arena”nın göy qurşağı rənglərində işıqlandırılmasını qadağan etmişdi.

Həmin kateqoriyadan