UEFA prezidenti: Ümidvaram ki, Qarabağ məsələsi sülh yolu ilə həll ediləcək

UEFA prezidenti Aleksandr Çeferin Qarabağ münaqişəsi ilə bağlı danışıb. Allsport.az saytı xəbər verir ki, o, vəziyyəti yaxından izlədiklərini deyib:

“Prosesi izləyirik, ancaq detalları bilmirik. Biz siyasi qurum yox, idman təşkilatıyıq. Siyasi mübarizəyə qoşulmaq istəmirik. Sabaş bir neçə həftə əvvəl başladığından, bu da bizim üçün yenilikdir. Bu, kədərli məsələdir və ümidvaram ki, məsələ sülh yolu ilə həll ediləcək”.

Danimarkanın “Sportschau” nəşrininin əməkdaçı daqlıq Qarabağdakı münaqişənin gələn il Bakıda keçirilməsi nəzərdə tutulan Avro-2020-nin matçlarına təsir edib-etməyəcəyi ilə də maraqlanıb:

“Bu haqda nəsə demək çətindir. Nəzəri baxımdan Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündür. İstədiyimizi edə bilərik. Problem ondadır ki, artıq yarış üzərində işləmişik, hər şey hazırdır. İndi nəyisə dəyişsəydik, bu, ciddi səylər tələb edəcəkdi. Hələlik hadisələrin inkişafını izləməliyik”.

Həmin kateqoriyadan