UEFA “Qəbələ”ni cəzalandıra bilər

UEFA “Qəbələ” şəhər stadionunu diskvalifikasiya edə bilər. Allsport.az xəbər verir ki, buna Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ötən gün baş tutan Tiflis “Dinamo”su ilə ev oyununda baş verənlər səbəb göstərilir.

Bunun üçün isə Gürcüstan təmsilçisinin UEFA-ya şikayət etməsi yetərli olacaq. Belə olan halda “Qəbələ” həm pul cəriməsi ödəmək məcburiyyətində qalacaq, həm də bir müddət ev oyunlarını öz stadionunda keçirməkdən məhrum olacaq. UEFA belə bir qərar çıxarsa, bölgə klubu ev oyunlarını Tofiq Bəhramov adına respublika stadionunda keçirə bilər. Lakin qitə futbol qurumu fərqli qərar da çıxara bilər. Belə ki, oyun Qəbələ şəhər stadionunda, amma azarkeşsiz keçirilə bilər.

Qeyd edək ki, “Qəbələ” Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq. Həmin oyunlardan birincisi iyulun 16-da səfərdə, cavab görüşü isə ayın 23-də Azərbaycanda keçiriləcək.

Həmin kateqoriyadan