UEFA “Qarabağ” – “İnter” matçı ilə bağlı son qərarını açıqladı

Bu gün UEFA Nəzarət və Nizam-İntizam Komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən “Qarabağ” – “İnter” (İtaliya) görüşündə (0:0) Ağdam təmsilçisinin təmiz qolunun baş hakim Miroslav Zelinka tərəfindən qeydə alınmaması məsələsinə də baxılıb.

Oyunun yenidən keçirilməsi və ya qolun qeydə alınması ilə bağlı protest rədd edilib. “Qarabağ” klubuna göndərilən rəsmi faksda hakimliklə bağlı məsələyə toxunulmayıb.

Eləcə də hakimliklə bağlı heç bir qərar çıxarılmayıb. Bu isə onların cəzasız qalması anlamına gəlir.

Xatırladaq ki, “Qarabağ” – “İnter” matçının əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Riçard Almeyda rəqib qapısına yol tapsa da, matçın baş hakimi Miroslav Zelinka bu qolu ofsayd kimi qiymətləndirərək qeydə almayıb. Nəticədə Ağdam təmsilçisinin də yer aldığı qrupdan növbəti mərhələyə “İnter” və “Dnepr” klubları adlayıb.

Həmin kateqoriyadan