UEFA “Qarabağ”ın oyunçusunu rəmzi heyətə daxil etdi

UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin ikinci turunun rəmzi yığmasını açıqlayıb. Allsport.az xəbər verir ki, 11 futbolçu arasında “Qarabağ”ın müdafiəçisi Riçard Almeyda da var. Ağdam klubuna Belçika “Anderlext”i ilə ikinci turun oyununda qələbə qazandıran yeganə qolu məhz braziliyalı futbolçu vurmuşdu.

Siyahıda yer alan digər futbolçular bunlardır: Etan Horvat (“Molde”, Norveç) – Nenad Tomoviç (“Fiorentina”, İtaliya), Yakub Brabeç (“Sparta”, Çex Respublikası), Vladimir Çoufal (“Slovan”, Liberets, Çex Respublikası) – Markus Henriksen (“Alkmaar”, Hollandiya), Birkir Byarnason (“Bazel”, İsveçrə), Riçard Almeyda (“Qarabağ”, Azərbaycan), Andriya Jivkoviç (“Partizan”, Serbiya) – Pione Sisto (“Mityulland”, Danimarka), Fernandao (“Fənərbağça”, Türkiyə), Franko di Santo (“Şalke”, Almaniya).

Həmin kateqoriyadan