UEFA sıralamasında “Qarabağ” 115-ci, “Qəbələ” isə 179-cudur

UEFA Avropa klublarının yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edən klublardan “Qarabağ” 115-ci, “Qəbələ” isə 179-cudur. Ağdam klubunun hesabında 14,850 əmsal xalı var. Qəbələlilər isə 7,600 xala malikdir.

“Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki rəqiblərinin reytinqdəki mövqeyi isə belədir: “Fiorentina” (İtaliya) – 25-ci yer (57,433), PAOK (Yunanıstan) – 61 (28,440), “Slovan” (Çexiya) – 82 (23,535).

“Qəbələ”nin rəqiblərinin mövqeyi isə aşağıdakı kimidir: “Anderlext” (Belçika) – 39 (42,720), “Sent-Etyen” (Fransa) – 66 (26,766), “Maynts” (Almaniya) – 102 (16,756).

Qeyd edək ki, Avroliqanın qrup mərhələsinin ilk turunda “Qarabağ” doğma meydanda “Slovan”la heç-heçə edib (2:2), “Qəbələ” isə səfərdə “Anderlext”ə 1:3 hesabı ilə uduzub.

Həmin kateqoriyadan