UEFA Teo Uiksi 2 oyun cəzalandırıb

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda keçirilən “Maribor” (Sloveniya) – “Qəbələ” matçında (1:0) qırmızı vərəqə alan Teo Uiksin cəzası müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, səfər matçının 69-cu dəqiqəsində meydandan kənarlaşdırılan liberiyalı hücumçu 2 matçlıq cəzalandırılıb.

Buna onun birbaşa qırmızı vərəqə alması səbəb olub. Görüş zamanı yaşanan epizodu müzakirə edən UEFA-nın İntizam Komitəsi futbolçunun 2 oyunluq cəzalanmasını məqsədəuyğun sayıb. Bu isə o deməkdir ki, Uiks qrup mərhələsinin ilk iki turunu buraxacaq.

Hücumçu sentyabrın 15-də “Anderlext”lə (Belçika) səfər, 29-da “Mayns”la (Almaniya) ev matçlarında cəza üzündən komandasına kömək edə bilməyəcək.

Həmin kateqoriyadan