UEFA yeni avrokubok mövsümünün xırdalıqlarını açıqlayıb

Yeni avrokubok mövsümünün tam qaydasını açıqlanıb. Allsport.az saytı xəbər verir ki, çempionlar və Avropa liqalarının (AL) 2018/19 mövsümündən qüvvəyə minəcək bütün yeniliklərin xırdalıqları bilinib. Apasport.az-ın məlumatına görə, UEFA-nın zəruri saydığı dəyişikliklər hər iki turnirə aiddir.
1. ÇL-a qrup mərhələsindən mübarizəyə başlayan klubların sayı 26-ya çatdırılıb. Bunlardan biri ÇL, biri AL-in son qalibidi. Digər 6 yer isə təsnifat mərhələlərində bəlli olacaq.
2. ÇL-in təsnifat mərhələlərində uduzan bütün komandalar ikinci şans qazanıb, AL-də mübarizə aparacaq.
3. AL-a qrup mərhələsindən mübarizəyə başlayan klubların sayı 17-yə çatdırılıb. Digər 31 yer isə təsnifat mərhələlərində bəlli olacaq.
Bunlardan 10-u ÇL-in III təsnifat mərhələsi və pley-offunda uduzan komandalardı. 21-i isə AL-də iki istiqamət üzrə təsnifatdan – Çempionlar yolu və Liqa yolundan gələcək.
4. İlk dəfə hər iki turnirdə ilkin mərhələ olacaq. ÇL-də 4 komanda bir mini-turnirdə olimpiya sistemi ilə, AL-də iki görüşdən ibarət pley-offla ən yaxşını müəyyənləşdirəcək.
5. Qrup mərhələsinin formatı dəyişməsə də, oyunların başlama saatı dəyişikliyə uğrayacaq. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 23:00-da başlayacaq. Yay vaxtında bu 20:55 və 22:00-a dəyişəcək.
ÇL, qrup mərhələsi
ÇL-in qalibi
AL-ın qalibi
UEFA reytinqində 1-4-cü yerlər – İspaniya, İngiltərə, Almaniya, İtaliya – hərəsi 4 komanda
UEFA reytinqində 5-6-cı yerlər – Fransa, Rusiya – hərəsi 2 komanda
UEFA reytinqində 7-10-cu yerlər – Portuqaliya, Ukrayna, Belçika, Türkiyə – 1 komanda
* Əgər Çempionlar Liqasının qalibi öz ölkəsində tutduğu yerə görə 24 vəsiqədən birinə yiyələnsə, UEFA reytinqinin 11-cisi Çex Respubkikası da birbaşa qrupda təmsil olunacaq. Əks halda isə sonuncular ÇL-in Çempionlar yolunda oynamalıdı.
* Əgər AL-ın qalibi öz ölkəsindən ÇL-in qrupuna düşübsə, UEFA reytinqinin 5-cisi Fransaya 3-cü yer veriləcək.
* Qrupda bir ölkənin 5-dən artıq komandası ola bilməz.
ÇL, təsnifat mərhələləri
Təsnifat mərhələləri iki istiqamətdə aparılacaq. Öz ölkəsinin çempionu olanlar çempionlar yolunda, aşağı pillələrlə turnirə düşənlər liqa yolunda mübarizə aparacaq.
ÇL, təsnifat mərhələləri, Çempionlar yolu
(qrupa 4 vəsiqə)
UEFA reytinqinə 11-ci və daha aşağı pillələrdə qərarlaşan ölkələrin çempionları mübarizə aparacaq. Bu yol ilkin, üç təsnifat və pley-offdan ibarətdi.
İlkin mərhələ: 4 ən aşağı reytinqli ölkənin çempionu mini turnirdə olimpiya sistemi ilə mübarizə aparacaq. Qalib I təsnifat mərhələsinə yüksələcək.
I təsnifat mərhələsi: Mübarizəyə 33 komanda qoşulacaq. İlkin mərhələnin qalibi də onlara qatılır və 17 cüt təşkil edəcək. Azərbaycan çempionu da “33-lük”dən biri kimi yarışa start verəcək.
II təsnifat mərhələsi: Mübarizəyə 3 komanda qoşulacaq. I təsnifat mərhələsinin qalibi ilə birlikdə 10 cüt təşkil edəcək.
III təsnifat mərhələsi: 2 komanda mübarizəyə qoşulacaq və II təsnifat mərhələsinin 10 qalibinə qatılır. 6 cütlük təşkil olunacaq
Pley-off: Mübarizəyə 2 komanda qoşulacaq və III təsnifat mərhələsinin 6 qalibi ilə 4 cüt təşkil edəcək. Bu cütlərin qalibləri qrupa yüksələcək
* İlkin, I, II və III təsnifat mərhələlərində uduzan komandalar AL-a yollanacaq.
Onlar AL-da yeni yaradılar çempionlar yolunda çıxış edəcək. Pley-offda uduzanlar isə AL-ın qrupunda oynamaq hüququ qazanacaq.
ÇL, təsnifat mərhələləri, Liqa yolu
(qrupa 2 vəsiqə)
Üç mərhələdən ibarət yolda UEFA reytinqinin 5-6-cı ölkəsində 3-cü, 7-15-ci olanların 2-ci komandası burada mübarizə aparacaq.
II təsnifat mərhələsi: 6 komanda 3 cütdə mübarizə aparacaq.
III təsnifat mərhələsi: 5 komanda mübarizəyə qoşulacaq və II təsnifat mərhələsinin 3 qalibi ilə 4 cütlük təşkil edəcək.
Pley-off: III təsnifat mərhələsinin 4 qalibi 2 cütlük təşkil edəcək.
* II təsnifat mərhələsində uduzanlar mübarizəni AL-ın III təsnifat mərhələsində davam etdirəcək.
* III təsnifat mərhələsi və pley-offda uduzanlar AL-ın qrupunda oynamaq hüququ qazanacaq.
AL, qrup mərhələsi
UEFA reytinqində 1-5-ci olanlar – İspaniya, Almaniya, İngiltərə, İtaliya, Fransa – 2 komanda
UEFA reytinqində 6-12-ci olanlar – Rusiya, Portuqaliya, Ukrayna, Belçika, Türkiyə, Çex Respb., İsveçrə – 1 komanda
ÇL-in Çempionlar yolunda pley-offda uduzan 4 komanda
ÇL-in Liqa yolunda pley-offda uduzan 2 komanda
ÇL-in Liqa yolunda III təsnifat mərhələsində uduzan 4 komanda
AL, təsnifat mərhələləri
AL təsnifat mərhələləri ilk dəfə iki istiqamətdə keçiriləcək. Bunlar çempionlar və avroliqa yoludur.
AL, təsnifat mərhələləri, Çempionlar yolu
(qrupa 8 vəsiqə)
ÇL-in Çempionlar yolunda uduzan komandalar mübarizə aparacaq.
II təsnifat mərhələsi: ÇL Çempionlar yolunun ilkin və I təsnifat mərhələsində uduzan 20 komanda 10 cütlük təşkil edəcək.
III təsnifat mərhələsi: ÇL-in Çempionlar yolunun II təsnifat mərhələsində uduzan 10 komanda və AL-in Çempionlar yolunun II təsnifat mərhələsinin 10 qalibi 10 cütlük təşkil edəcək.
Pley-off: ÇL-in Çempionlar yolunun III təsnifat mərhələsində uduzan 6 komanda və AL-in Çempionlar yolunun III təsnifat mərhələsinin 10 qalibi 8 cütlük təşkil edəcək. 8 qalib qrupa yüksələcək.
AL, təsnifat mərhələləri, Liqa yolu
(qrupa 13 vəsiqə)
UEFA-ya üzv olan 55 ölkəni təmsil edən komandalar 4 mərhələdə mübarizə aparacaq. ÇL-in Liqa yolunda II təsnifat mərhələsində uduzanlar da bura qoşulacaq.
İlkin mərhələ: 16 komanda 8 cütdə üz-üzə gələcək.
I təsnifat mərhələsi: 86 komanda mübarizəyə qoşulacaq və ilkin mərhələnin 8 qalibi ilə birlikdə 47 cüt təşkil edəcək. Azərbaycanın üç komandası da 86 klub arasına mübarizəyə başlayacaq.
II təsnifat mərhələsi: 27 komanda mübarizəyə qoşulacaq və I təsnifat mərhələsinin 47 qalibi ilə 37 cüt təşkil edəcək.
III təsnifat mərhələsi: 12 komanda mübarizəyə qoşulacaq. ÇL-in Liqa yolunun II təsnifat mərhələsində uduzan 3 komanda, həmçinin AL-in II təsnifat mərhələsinin 37 qalibi çıxış edir. Bu 52 komanda 26 cütdə üz-üzə gələcək.
Pley-off: 26 komanda 13 cütdə oynayacaq. Qaliblər qrupa yüksələcək.
Avrokubokların 2018/19 mövsümünün tam təqvimi
2018
18 iyun
İlkin mərhələlərinin püşkatması
26 iyun
ÇL-də 1-ci ilkin mərhələ
28 iyun
AL-də ilkin mərhələ, ilk oyunlar
29 iyun
ÇL-də 2-ci ilkin mərhələ
2 iyul
I və II təsnifat mərhələlərinin püşkatması
5 iyul
AL-də ilkin mərhələ, caavab oyunları
10/11 iyul
ÇL-də I təsnifat mərhələsi, ilk oyunlar
12 iyul
AL-də I təsnifat mərhələsi, ilk oyunlar
17/18 iyul
ÇL-də I təsnifat mərhələsi, cavab oyunları
19 iyul
AL-də I təsnifat mərhələsi, cavab oyunları
24/25 iyul
ÇL-də II təsnifat mərhələsi, ilk oyunlar
26 iyul
AL-də II təsnifat mərhələsi, ilk oyunlar
27 iyul
III təsnifat mərhələsinin püşkatması
31 iyul/1 avqust
ÇL-də II təsnifat mərhələsi, cavab oyunları
2 avqust
AL-də II təsnifat mərhələsi, cavab oyunları
7/8 avqust
ÇL-də III təsnifat mərhələsi, ilk oyunlar
9 avqust
AL-də III təsnifat mərhələsi, ilk oyunlar
10 avqust
Pley-off mərhələsinin püşkatması
14/15 avqust
ÇL-də III təsnifat mərhələsi, cavab oyunları
16 avqust
AL-də III təsnifat mərhələsi, cavab oyunları
21/22 avqust
ÇL-də pley-off mərhələsi, ilk oyunlar
23 avqust
AL-də pley-off mərhələsi, ilk oyunlar
28/29 avqust
ÇL-də pley-off mərhələsi, cavab oyunları
30 avqust
AL-də pley-off mərhələsi, cavab oyunları
30 avqust
ÇL-də qrup mərhələsinin püşkatması
31 avqust
AL-də qrup mərhələsinin püşkatması
18/19 sentyabr
ÇL-də qrup mərhələsi, I tur
20 sentyabr
AL-də qrup mərhələsi, I tur
2/3 oktyabr
ÇL-də qrup mərhələsi, II tur
4 oktyabr
AL-də qrup mərhələsi, II tur
23/24 oktaybr
ÇL-də qrup mərhələsi, III tur
25 oktyabr
AL-də qrup mərhələsi, III tur
6/7 noyabr
ÇL-də qrup mərhələsi, IV tur
8 noyabr
AL-də qrup mərhələsi, IV tur
27/28 noyabr
ÇL-də qrup mərhələsi, V tur
29 noyabr
AL-də qrup mərhələsi, V tur
11/12 dekabr
ÇL-də qrup mərhələsi, VI tur
13 dekabr
AL-də qrup mərhələsi, VI tur
17 dekabr
ÇL-də 1/8, AL-də 1/16 finalın püşkatması
2019
12/13/19/20 fevral
ÇL-də 1/8 final, ilk oyunlar
14 fevral
AL-də 1/16 final, ilk oyunlar
21 fevral
AL-də 1/16 final, cavab oyunları
22 fevral
AL-də 1/8 finalın püşkatması
5/6/12/13 mart
ÇL-də 1/8 final, cavab oyunları
7 mart
AL-də 1/8 final, ilk oyunlar
14 mart
AL-də 1/8 final, cavab oyunları
15 mart
1/4 finalın püşkatması
9-10 aprel
ÇL-də 1/4 final, ilk oyunlar
11 aprel
AL-də 1/4 final, ilk oyunlar
16/17 aprel
ÇL-də 1/4 final, cavab oyunları
18 aprel
AL-də 1/4  final, cavab oyunları
19 aprel
Yarımfinal və finalın püşkatması
30 aprel/1 may
ÇL-də 1/2 final, ilk oyunlar
2 may
AL-də 1/2  final, ilk oyunlar
7 may/8 may
ÇL-də 1/2 final, cavab oyunları
9 may
AL-də 1/2  final, cavab oyunları
29 may
AL-də final (Bakı)
1 iyun
ÇL-də final (Madrid)
15 avqust
Superkubok (Tallin)
Qeyd edək ki, Avropa Liqasının finalı Bakı olimpiya stadionunda, çempionlar liqasının həlledici matçı Madriddəki “Metropolitano”, Superkubok isə Tallininin A.Le Kok Arena stadionunda keçiriləcək.

Həmin kateqoriyadan