Uelsə tarixi nailiyyət qazandıran baş məşqçini istefaya göndərdilər

Uelsə tarixi nailiyyət qazandıran baş məşqçini istefaya göndərdilər

Uels futbol assosiasiyası Rob Peyci millinin baş məşqçisi vəzifəsindən azad edib.

Allsport.az saytı xəbər verir ki, 49 yaşlı mütəxəsis 2020-ci ilin noyabrından komandaya rəhbərlik edirdi və 64 ildən sonra Uels yığmasını ilk dəfə Dünya Kubokunun finalına çıxarıb. Avro-2020-də onun rəhbərlik etdiyi komanda 1/8 finala yüksəlib.

Uels millisi 2024-cü il Avropa çempionatına vəsiqə qazana bilməyib. İyunda isə Cəbəllütariq (0:0) və Slovakiya (0:4) ilə 2 uğursuz yoldaşlıq görüşü keçirib. Nəticədə, onunla yolu ayırmaq qərarı verilib.

Həmin kateqoriyadan