“UFC” döyüşçüsü mağazanın qapısının şüşəsini sındırdı

Qarışıq döyüş növləri üzrə döyüşçü Frensis Nqannou alış-veriş etdiyi mağazanın qapısının şüşələrini təsadüfən sındırıb.

Allsport.az xəbər verir ki, hadisə Las-Veqasda baş verib. Keçmiş “UFC” çempionu giriş qapısını yalnış istiqamətdə açmağa çalışıb və nəticədə hər iki pəncərə sınıb.

Bununla belə, Nqannou dəymiş ziyanı ödəyəcəyini vəd edib və mağazanın sahibi ilə şəkil çəkdirib.

Həmin kateqoriyadan