- Baxış sayı: 44
- 03 Avqust 2026 23:58
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Allsport.az xəbər verir ki, keçmiş UFC döyüşçüsü Donald Serrone promosyonun şöhrət zalına daxil edilib.
Serrone 2011-ci ildə UFC-də debüt edib və 2022-ci ildə buradan ayrılıb. Bu müddət ərzində o, 38 döyüş keçirib. 39 yaşlı idmançının son 6 görüşü məğlubiyyətlə başa çatıb.
2015-ci ilin dekabrında Serrone yüngül çəkidə kəmər uğrunda Rafael dos Anjos ilə döyüşüb, lakin ilk raundda texniki nokautla məğlub olub.