- Baxış sayı: 30
- 17 İyun 2025 18:55
- Baxış sayı: 72
- İyun 17, 2025
- 0
UFC-nin şöhrət zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bispinq UFC-nin Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək.
Allsport.az xəbər verir ki, Bakı kristal zalında təşkil olunacaq yarışın rəsmi şərhçiləri Maykl Bispinq, Brendon Fitzcerald və Pol Felder olacaqlar.
Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brus Baffer turnirin oktaqon aparıcısı olacaq.
Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq. Gecənin ikinci əsas döyüşü isə Azərbaycan təmsilçisi Rafael Fiziyev ilə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək döyüş olacaq.
Turnir iyunun 21-də keçiriləcək.