UFC-yə qayıtmasına “yaşıl işıq”

MMA döyüşçüsü Visente Luke, UFC yarışına qayıtmaq üçün icazə alıb. Allsport.az saytı xəbər verir ki, 2022-ci ilin avqustunda o, Ceff Nilə texniki nokautla məğlub olub və beyin qanaması keçirib. Nəticədə, Nevada ştatı atletika komissiyası Lukadan əlavə analizlər, həmçinin neyrocərrah və nevroloqdan hesabat tələb edib.

31 yaşlı Luke bütün sənədləri təqdim edib və geri qayıtmaq üçün icazə alıb. O, avqustun 12-də Las-Veqasda UFC-də Rafael dos Anyosla qarşılaşa biləcək. Əvvəlcə döyüş iyulda keçirilməli idi, lakin tibbi müayinələr səbəbindən döyüşü bir ay təxirə salınıb.

Həmin kateqoriyadan