Ukrayna klubu Nuriyevdən yazdı

Ukrayna premyer-liqa klubu “Minay” kapitan Anatoli Nuriyevi millimizin start heyətində debüt etməsi münasibəti ilə öz Feysbuk səhifəsində təbrik edib. Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımız Macarıstanın Debretsen şəhərində “Nadyerdeyi” stadionunda beynəlxalq yoldaşlıq görüşündə Qətərə 1:2 yenilib.

Qara dənizlilər futbolçumuzun 56 dəqiqə meydanda olduğunu, 15-ci dəqiqədə penalti qazandığını və komanda yoldaşının bunu qola çevirdiyini yazıblar. “Minay” sabah DÇ-2022 seçmə “A” qrupunda paytaxtımızda Serbiya yığmasına qarşı görüşdə Nuruyevə uğurlar arzulayıb.

Həmin kateqoriyadan