Ukraynada yeni futbol mövsümü başlayır

Ukrayna gənclər və idman nazirliyi yeni mövsümündən ölkədə futbol çempionatının keçirilməsinə icazə verib.

Allsport.az saytı xəbər verir ki, bu qərar polis və müdafiə strukturları ilə razılaşdırıldıqdan sonra çıxarılıb. Premyer liqaya avqustun 23-də start veriləcək.

Rusiyanın hərbi hücumu nəticəsində, fevralın sonlarında futbol da daxil olmaqla bütün idman yarışları dayandırılıb.

Yeni futbol mövsümünə gəlincə, ölkədə müharibə davam etdiyindən, insanların təhlükəsizliyi nəzərə alınaraq, oyunlar azarkeşlərin iştirakı olmadan keçiriləcək.

Həmin kateqoriyadan