Ulduz qapıçı ehtiyatda?

David De Xea “Mançester Yunayted”in ehtiyat qapıçısı ola bilər.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” David ilə uzunmüddətli yeni müqavilə imzalamaq niyyətindədir. Klub futbolçuya indikindən fərqli məvacib təyin etməyi planlaşdırır. Amma ispaniyalının əsas qapıçı olaraq qalacağına zəmanət verilmir.

Bu, İngiltərə təmsilçisinin yay transfer pəncərəsi üçün büdcəsindən asılı olacaq. Klub qarşıya mühim hədəflər qoyub. Ona görə də “Mançester Yunayted” heyətini gücləndirməyi planlaşdırır. Onlar yeni qapıçı transfer etsələr, David ehtiyatda qala bilər.

Həmin kateqoriyadan