Ultramarafon Tilfisdə başa çatıb

Mayın 5-də Bakıda Dövlət Bayrağı meydanından start götürən və Azərbaycanın ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş ultramarafon Tiflisdə başa çatıb. Allsport.az saytı xəbər verir ki, qaçışçı Yadigar Hüseynov ümumilikdə 544 km yol qət edib.

O, çıxışını Tiflisdə Heydər Əliyev adına parkda başa çatdırıb. Marafonçu ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub. Marafonçunu parkda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Yadigar Hüseynov jurnalistlərə bildirib ki, estafeti gənc nəsillərə verir və onlar ulu öndərin xatirəsini yaşatmalıdırlar. O, marafona dəstək verən hər kəsə təşəkkürünü bildirib. Ultramarafon Heydər Əliyev fondu, gənclər və idman nazirliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilib. Marafon həmçinin Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərinə həsr olunub.

Həmin kateqoriyadan