“Ümid edirəm ki, “Zirə”yə yeni gələnlər də qısa müddətdə kollektivə uyğunlaşacaq”

Ötən mövsüm “Zirə”dəki çıxışı ilə diqqətləri üzərinə çəkən Adil Nağıyev Premyer Liqaya böyük əzmlə hazırlaşır. Allsport.az xəbər verir ki, gənc müdafiəçi klub saytına açıqlamasında komandaya yüksək səviyyəli futbolçuların cəlb olunduğunu deyib:

“Komanda yeni toplaşıb, yeni kollektiv formalaşır. Hələ ki, bərpa prosesi keçirik, yüngül məşqlər edirik. Ayın ortalarında Türkiyəyə təlim-məşq toplanışına gedəcəyik. Oradan qayıdandan sonra komandanın vəziyyəti haqda daha yaxşı danışmaq olar. Ümid edirəm ki, yeni gələnlər də qısa müddətdə kollektivə uyğunlaşacaq”.

Həmin kateqoriyadan