“Bu döyüş gec-tez baş tutacaq”

Aleksandr Usik, Tayson Füri ilə döyüşəcək. Allsport.az xəbər verir ki, bununla bağlı ukraynalı döyüşçü belə deyib:

“Füri üçün boks təkcə idman növü deyil, həm də şoudur. Başqa bir amil də var – pul. O, hər zaman onlar haqqında danışır və mübarizə üçün əldə etmək istədiyi bəzi inanılmaz məbləğlər səsləndirir.

Onsuz heç yerə getmək olmaz. Belə isə, o nədən qorxmalıdır? Peşəkar idmançıdır.

Bu döyüş gec-tez baş tutacaq”.

Usik VBA, VBO və IBF döyüşçüsüdür. Sonuncu dəfə o, kəmərlərini müdafiə edən Entoni Coşua ilə döyüşmüşdür. Füri VBC kəmərinə sahibdir. Onların mübarizəsinin qalibi dünyanın mübahisəsiz ağır çəkidə çempionu olacaq.

Həmin kateqoriyadan