Üzgüçülərimizdən Gürcüstanda 7 medal

Üzgüçülərimizdən Gürcüstanda 7 medal

Kutaisidə keçirilən beynəlxalq üzgüçülük çempionatında Azərbaycan millisi uğurlu çıxışı ilə yadda qalıb.

Allsport.az xəbər verir ki, yığmamız yarışda 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Qızıl medallara Mehri Əbdürəhmanlı (50 m kəpənək), Məryəm Cavadova (100 m sərbəst) və Yeqor Maynitski (200 m bras) sahib çıxıblar.

Qızlardan ibarət 4×100 metr sərbəst üsul üzrə estafet komandası isə gümüş medal qazanıb. Heyətdə Anastasiya Boborıkina, Məryəm Cavadova, Mehri Əbdürəhmanlı və Vlastilina Xasyanova yer alıblar.

Bürünc medalları Abdurrəhman Rüstəmov (50 m kəpənək), oğlanlardan ibarət 4×100 metr sərbəst estafet komandası və Amin Oruclu (800 m sərbəst) əldə ediblər.

16-19 iyul tarixlərində keçirilən turnirdə Azərbaycan 11 üzgüçü ilə təmsil olunur. Milli komandaya baş məşqçi Luka Qabrilo rəhbərlik edir.

Həmin kateqoriyadan