Valverde Bakıda jurnalistlərlə görüşəcək

İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl jurnalistlərin suallarını cavablandıracaq. Allsport.az xəbər verir ki, onun media əhli ilə görüşü avqustun 5-də “İnter Arena”da baş tutacaq.

Konfrans saat 18:00-da start götürəcək. Oyundan bir gün öncə Azərbaycana gələcək “Atletik”in Bakıda olduğu müddətdə “Fairmont” otelində məskunlaşacağı da müəyyənləşib.

Qeyd edək ki, “İnter” – “Atletik” matçı avqustun 6-da keçiriləcək və saat 21:00-da start götürəcək. Bu klublar arasındakı ilk oyunda Bilbao təmsilçisi doğma meydanda 2:0 hesablı qələbəyə sevinmişdi.

Həmin kateqoriyadan