Vüqar Əsgərovun komandası evdə uduzdu

Latviya birinci liqasında 4-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun çıxış etdiyi “Olayne/Super Nova” doğma meydanda “Auda” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:2.

Vüqar bu qarşılaşmaya da start heyətdə başlayıb və sonadək meydanda olub. Geridə qalan turlarda cəmi bir xalı olan “Olayne” 15 klub arasında 11-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan