“Xəzər Lənkəran” Abışovla müqavilə imzaladı

“Xəzər Lənkəran” daha bir transfer həyata keçirib. Allsport.az xəbər verir ki, cənub klubu bir neçə gün öncə “Qəbələ” ilə yollarını ayırmış Ruslan Abışovu heyətinə qatıb.

Tərəflər artıq ilyarımlıq müqaviləyə də imza atıblar. Ruslan yeni klubunda 15 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, Abışov 2012/13 mövsümündə də “Xəzər Lənkəran” forması geyinmişdi.

Həmin kateqoriyadan