“Xəzər Lənkəran” tibbi yoxlamadan keçdi

Bu gün Bakıda toplanan “Xəzər Lənkəran” futbolçuları komandanın həkim heyətinin nəzarəti altında tibbi yoxlamadan keçiblər. Allsport.az xəbər verir ki, bu axşamdan isə futbolçular fiziki hazırlıq testləri verəcəklər.

Fiziki hazırlıq üzrə məşqçi Ciovanni Melkyorrenin rəhbərliyi altında keçən proses futbolçuların toplanışdan öncə fiziki durumlarını müəyyənləşdirəcək.

Qeyd edək ki, komandanın təlim-məşq toplanışı üçün Türkiyənin Nevşehir şəhərinə yollanması 28 iyun səhər saatlarına nəzərdə tutulub.

Həmin kateqoriyadan