“Xəzər Lənkəran”lı oyunçuya 2 matçlıq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 27-ci və 28-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Simurq” – AZAL matçında “Simurq”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

“İnter” – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Cavid Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.

AZAL – “Qəbələ” matçında AZAL-ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Həmin kateqoriyadan