Xavyer Mendez təlim keçdiyi ən istedadlı döyüşçü adını dedi. Bu nə Mahaçev, nə də Həbib deyil

Allsport.az xəbər verir ki, Xavyer Mendez UFC çempionları Həbib Nurməhəmmədov və İslam Mahaçevin müəllimidir.

Təcrübəli məşqçidən ən yaxşı döyüşçüsünün kim olduğu barəsində soruşulub. O, belə cavab verib:

“Bu, Osman Nurməhəmmədovdur. Mən bunu daha əvvəl də demişəm. O, mənim həyatımda təlim keçdiyim ən bacarıqlı döyüşçümdür. Osman dəfələrlə rinqə girib mənim sözlərimi sübut etdi. O, hər şeyi göstərdi. Onun davalarında əla ciu-citsu, mükəmməl güləş, surətli yumruq, yaxşı zehni hazırlıq görmək olar”.

Həmin kateqoriyadan