“Xoruzlar”ını qoltuqlarına verdilər

“Xoruzlar”ını qoltuqlarına verdilər

İspaniya millsi Dünya Kuboku-2026-nın finalına vəsiqə qazanan ilk komanda olub. Allsport.az saytı xəbər verir ki, yarımfinalda hazırkı Avropa çempionu Fransa ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Hesabı 22-ci dəqiqədə Lamin Yamala qarşı kobudluğa görə penaltidən Mikel Oyarzabal açıb. O, mundialda 5-ci qolunu vurub.

58-ci dəqiqədə Daniel Olmo tən qalan Pedro Porroya ötürmə edib və “Tottenhem”in müdafiəçisi müqavimət göstərmədən Mayk Meyqnanın qapısına zərbə endirib.

Pireney təmsilçisi 2010-cu ildə titul qazanaraq tarixində 2-ci dəfə dünya çempionatının finalına yüksəlib. İyulun 19-da keçiriləcək həlledici oyunda İngiltərə – Argentina matçının qalibi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan