Yamal finalda çıxış etməyəcək?

Yamal finalda çıxış etməyəcək?

İspaniya millisinin futbolçuları Lamin Yamal və Pedro Porro komandanın ümumi məşqində iştirak etməyiblər.

Allsport.az xəbər verir ki, hər iki oyunçu narahatlıq hiss etdiyinə görə fərdi proqram əsasında çalışıb.

Məlumata görə, Yamal sol bud nahiyəsindəki narahatlığa görə xüsusi sarğı ilə məşq edib. O, bu zədəni Fransa ilə yarımfinal oyununda Lyuk Din tərəfindən edilən qayda pozuntusundan sonra alıb.

Porronun isə əzələ yorğunluğundan əziyyət çəkdiyi bildirilir.

Hər iki futbolçunun ehtiyat tədbiri məqsədilə ümumi məşqdən kənarda qaldığı və iyulun 19-da Argentina ilə keçiriləcək dünya çempionatının finalında meydana çıxmasının gözlənildiyi vurğulanıb.

Həmin kateqoriyadan